XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



“Prezident Kuboku-2025” çərçivəsində avarçəkmə nümayişi və əyləncəli proqram təşkil olunacaq
İdman 12:09 / 18.04.2025

Füzuli şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində yerli sakinlər üçün xüsusi tədbir keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı peşəkar avarçəkənlərin nümunəvi çıxışları nümayiş olunacaq. Bununla yanaşı, uşaqlar və yeniyetmələr üçün maraqlı viktorinalar təşkil ediləcək. Proqram çərçivəsində iştirakçılar avarçəkmə qayıqları və trenajorlarda özlərini sınamaq imkanı da əldə edəcəklər.

Aprelin 28-də Köndələnçay su anbarında təşkil olunacaq əyləncə və maarifləndirici proqram Füzuli sakinlərinə unudulmaz anlar yaşadacaq.


15262 oxunub

InvestAZ