XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Çempionlar Liqası: Real” və “Bavariya” üçün çətin sınaq
İdman 10:41 / 16.04.2025

Bu gecə futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq. Baş tutacaq oyunlardan sonra turnirin son iki yarımfinalçısı müəyyənləşəcək.

Madridin "Real” klubu doğma "Santyaqo Bernabeu” stadionunda İngiltərənin "Arsenal” komandası ilə qarşılaşacaq. İlk oyunda "topçular”ın 3:0 hesablı qələbəsi "kral klubu” üçün vəziyyəti xeyli çətinləşdirib. Karlo Ançelottinin komandası növbəti mərhələyə yüksəlmək üçün əzmkar geridönüşə imza atmalıdırlar.

Digər qarşılaşma İtaliyada keçiriləcək. "İnter” Milan şəhərində Almaniyanın nəhəng klubu "Bavariya”nı qəbul edəcək. İlk oyunda 2:1 hesablı qələbə qazanan "neradzurrilər” doğma azarkeşlər önündə üstünlüyünü qorumağa çalışacaq. Alman təmsilçisi isə təcrübəli heyəti ilə mərhələni keçmək üçün mübarizə aparacaq.

Qeyd edək ki, ötən gün keçirilən ilk iki oyundan sonra İspaniyanın "Barselona" və Fransanın PSJ klubları yarımfinala vəsiqə qazanıb. 
6583 oxunub

InvestAZ