XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Altay” Tallində Avropanın ikinci komandası oldu
İdman 17:09 / 14.04.2025

Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında Azərbaycanı təmsil edən "Altay” taekvondo klubu böyük uğura imza atıb. 

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komanda yarışın ümumi nəticələrinə görə ikinci yeri tutaraq Avropa ikincisi adını qazanıb. Ölkəmizi bu mötəbər turnirdə "Altay”la yanaşı, "Atlet” və "Mübariz” klubları da təmsil ediblər.

Turnirdə fərdi nəticələri ilə seçilən idmançılar arasında Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məlikli (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna layiq görülüblər. Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medalla kifayətləniblər.

İki qızıl medal sayəsində "Altay” komandası turnirin komanda hesabında ikinci yerə yüksəlib.



19606 oxunub

InvestAZ