XƏBƏR LENTİ
02 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



Yüksək Liqada yarımfinalçılar müəyyənləşdi
İdman 23:12 / 13.04.2025

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XX turun oyunları ilə əsas mərhələyə yekun vurulub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, son tur çərçivəsində keçirilən qarşılaşmalarda MOİK komandası "Gənclər” üzərində inamlı qələbə qazanıb -3:0 (25:21, 25:21, 25:18). Günün ən gərgin oyunu isə "Murov Az Terminal” və "Azərreyl” arasında baş tutub. İlk iki setdə geridə qalan "Murov Az Terminal” sonrakı hissələrdə üstünlüyü ələ alaraq matçdan 3:2 (15:25, 19:25, 27:25, 25:18, 15:10) hesablı əzmkar qələbə ilə ayrılıb. Turun son oyununda isə "Neftçi” komandası "Xilasedici”yə 1:3 (20:25, 25:18, 23:25, 26:28) hesabı ilə məğlub olub.

Bu nəticələrdən sonra yarımfinal mərhələsinin cütlükləri də müəyyənləşib. Turnir cədvəlinin lideri "Azərreyl” yarımfinalda dördüncü pillədə qərarlaşan "Neftçi” ilə qarşılaşacaq. İkinci yeri tutan "Murov Az Terminal” isə üçüncü olan "Xilasedici” komandası ilə mübarizə aparacaq.

MOİK və "Gənclər” klubları isə mübarizəni dayandıraraq mövsümü başa vurublar. Qeyd edək ki, pley-off mərhələsinin oyunları aprelin 16-18-də keçiriləcək. Yarımfinal mərhələsi iki qələbəyə qədər davam edəcək. Komandalar hərəyə bir qələbə qazandığı və xallar bərabər olduğu halda, finala vəsiqə "qızıl set”lə müəyyən olunacaq.


19848 oxunub

InvestAZ