XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Olimpiya mükafatçımız üçqat Avropa çempionu adını qazandı
İdman 20:21 / 13.04.2025

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov növbəti böyük uğura imza atıb. Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

67 kq çəki dərəcəsində çıxış edən idmançımız final görüşündə bolqarıstanlı Əbu Müslim Amayevi 7:1 hesabı ilə məğlub edərək, karyerasında üçüncü dəfə Avropa çempionu titulunu qazanıb.

Xatırladaq ki, Azərbaycanın sərbəst güləş üzrə komandası qitə çempionatını 1 qızıl, 1 gümüş və 4 bürünc medalla çıxışını başa vurub. Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazanıblar. Sərbəst güləş millimiz komanda hesabında Avropa çempionu olub.

Yunan-Roma güləşi üzrə digər medalçılar sırasında Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medalla fərqlənib. Qadın güləşçilər arasında isə Jalə Əliyeva (57 kq) bürünc medala sahib olub. 


13669 oxunub

InvestAZ