XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



MOK-un nümayəndəsi EYOF-un missiya rəhbərlərinin görüşündə iştirak edib
İdman 21:02 / 09.04.2025

Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Gənclər Yay Olimpiya Festivalının missiya rəhbərlərinin görüşü keçirilib.

40-dan çox ölkənin iştirak etdiyi görüşdə ölkəmizi Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev təmsil edib.

Festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları həmçinin təşkilati məsələləri, atletərin yeləşdirilməsi və yaradılan şəraitlə də bağlı müzakirələr aparıblar.

Azərbaycan komandası 10 idman növündə (gimnastika, cüdo, üzgüçülük, velosiped, stolüstü tennis, atletika, badminton, taekvondo, dağ velosipedi, atıcılıq) 55 idmançı ilə yarışlarda iştirak edəcək.

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı 20-26 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək.


1626 oxunub

InvestAZ