XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Parataekvondo yığmamız Bakıda təlim-məşq toplanışına start verdi
İdman 12:53 / 09.04.2025

Azərbaycan parataekvondoçuları Bakıda təlim-məşq toplanışına başlayıb.

Bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Kişi parataekvondoçulardan ibarət millinin toplanışı aprelin 17-dək Bakıda davam edəcək.

Məşqlərdə baş məşqçi Fərid Tağızadə və məşqi Yaşar Səfərovun rəhbərliyi altında İmaməddin Xəlilov (70 kq), Amin Şıxalıyev (63 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq) və Orxan Cəfərov (80 kq) iştirak edir.

Qeyd edək ki, toplanış Azərbaycan Taekvondo Federasiyasının məşq zalında təşkil olunur.


1710 oxunub

InvestAZ