XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır
İdman 10:35 / 09.04.2025

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Bu gün Azərbaycanın iki qadın güləşçisi - Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) xalça üzərinə çıxacaq. 

Üç sərbəst güləşçimiz isə medal görüşündə qüvvələrini sınayacaq.

Ağanəzər Novruzov (74 kq) bürünc mükafat uğrunda bolqarıstanlı Ramazan Ramazanovla, Osman Nurməhəmmədov (92 kq) finalda yunanıstanlı Dauren Kuruqluevlə, Giorgi Meşvildişvili (125) eyni mərhələdə gürcüstanlı Solomon Manaşvili ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 13-də yekun vurulacaq. 


1866 oxunub

InvestAZ