XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Azərbaycan Gimnastika Federasiyasının 15-ci Ümumi Yığıncağı keçirilib
İdman 21:16 / 02.04.2025

Azərbaycan Gimnastika Federasiyasının (AGF) 15-ci Ümumi Yığıncağı keçirilib.

Milli Gimnastika Arenasında təşkil edilən hesabat xarakterli yığıncaqda əvvəlcə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri, daha sonra 14-cü Ümumi Yığıncağın protokolu və gündəliyi təsdiqlənib.

Yığıncaqda AGF-nin baş katibi tərəfindən 2024-cü ildə gimnastika idman növlərində əldə olunmuş nailiyyətlər, ölkə daxilində keçirilmiş beynəlxalq yarışlar, regionlarda gimnastikanın inkişafı istiqamətində görülən işlər və AGF-nin beynəlxalq arenadakı uğurlarını əks etdirən hesabat təqdim olunub. Eyni zamanda, federasiyanın 2024-cü il üzrə maliyyə hesabatı da dinlənilib.

Daha sonra 2024-cü ildə gimnastika sahəsində nailiyyət qazanmış idmançılara xatirə medalları təqdim olunub.

Portuqaliyada keçirilmiş tamblinq üzrə Avropa çempionatında komanda hesabında birinci yeri tutmuş Bilal Qurbanov və Hüseyn Əsədullayev, həmçinin eyni ölkədə təşkil olunmuş akrobatika gimnastikası üzrə Dünya çempionatında temp hərəkətləri üzrə üçüncü yerə layiq görülmüş Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Riad Səfərov və Seymur Cəfərov AGF-nin gümüş medalları ilə təltif olunublar.

Ümumi Yığıncaq rəsmi bağlanış mərasimi ilə işini yekunlaşdırıb.


14921 oxunub

InvestAZ