XƏBƏR LENTİ
05 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Futzal millimizin qarşıdakı matçlarına hakim təyinatları açıqlandı
İdman 20:19 / 17.03.2025
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi ilk iki oyuna təyinatlar açıqlanıb.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, martın 26-da keçiriləcək Bosniya və Herseqovina ilə matçda Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliu (İsveç) iş başında olacaq.

Millinin martın 27-də Xorvatiyaya qarşı keçirəcəyi matçı isə Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya) və Rastislav Behancin (Slovakiya) idarə edəcək.

Hər iki görüş Omiş şəhərində yerləşən Ribnyak İdman Sarayında keçiriləcək. Bosniya və Herseqovina ilə matç Bakı vaxtı ilə saat 19:00-da, Xorvatiya ilə görüş isə 20:00-da başlayacaq.

4357 oxunub

InvestAZ