XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Sessiyada Olimpiya gündəmindəki on əsas mövzu açıqlanıb
İdman 16:06 / 14.03.2025
Martın 19-dan 21-dək Yunanıstanın Kosta Navarino şəhərində BOK-un 144-cü sessiyası keçiriləcək.
Sessiyası ərəfəsində Olimpiya gündəmindəki on əsas mövzu açıqlanıb. «Olimpiya Oyunları-yeni dövr oyunları», «İdmançılar diqqət mərkəzindədir», «Həmrəylik», «Qaçqınların Olimpiya komandası və "Olimpiya sığınacağı"Fondu», «Gender bərabərliyi», «Davamlı inkişaf», «Uyğunluq», «Rəqəmsallaşdırma», «Etibar və effektiv idarəetmə» və «İqtisadi və maliyyə davamlılığı» mövzusunda çıxışlar tədbirdə dinləniləcək.
Qeyd edək ki, həmin tarixdə BOK-un 10-cu prezidenti seçiləcək. BOK-un prezidentliyinə 7 nəfər - Sebastyan Koe (Beynəlxalq Atletika Federasiyasının prezidenti), Morinari Vatanabe (Beynəlxalq Gimnastika Federasiyasını prezidenti), David Lapartian (Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti), Yohan Elias (Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti), Xuan Antonio Samaranç-kiçik (Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti), Faysal Əl-Hüseyn (BOK-un İcraiyyə Şurasının üzvü) və Kirsti Koventri (üzgüçülük üzrə ikiqat Olimpiya çempionu) namizəddir.

14371 oxunub

InvestAZ