XƏBƏR LENTİ
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



AVF rəsmisi CEV Kubokuna təyinat alıb
İdman 12:01 / 13.03.2025

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

AVF-nin mətbuat xidmətinə istinadən xəbər veir ki, mütəxəssis qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində baş tutacaq "İstanbul" (Türkiyə) -"Novara" (İtaliya) qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Bu gün İstanbulda keçiriləcək cavab oyununun hakimləri serbiyalı Darko Saviç və ispaniyalı Qloriya Suto Ximenesolacaq.

Qeyd edək ki, komandalar arasında ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.


13374 oxunub

InvestAZ