XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Mariya Stadnik karyerasını başa vurdu
İdman 20:49 / 02.02.2025

Dünya güləşinin canlı əfsanəsi, Azərbaycan güləşində 17 ildən artıq xidmət etmiş, rekordlarla zəngin karyeraya sahib Mariya Stadnik idmançı kimi peşəkar karyerasını başa vurub. Titullu idmançı bu barədə instaqramdakı şəxsi hesabında paylaşım edib.

Qeyd edək ki, ikiqat dünya, onqat Avropa çempionu və dördqat ((iki gümüş və iki bürünc) Olimpiya mükafatçısı olan Mariya Stadnik Azərbaycan idmanının yeganə beşqat Olimpiada iştirakçısıdır. Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi olan titullu idmançı nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində qadın güləşçilər üçün mübarizə əzmi, əsl idmançı intizamı və çalışqanlığı ilə nümunə, kumir olub.


15869 oxunub

InvestAZ