XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



Bakıda keçiriləcək Dünya Kubokunun seçmə mərhələsinin iştirakçıları müəyyənləşib
İdman 11:09 / 30.01.2025

Azərbaycanda ilk dəfə keçiriləcək basketbolun 3x3 növü üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarında iştirak edəcək milli komandaların adına aydınlıq gəlib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, seçmə mərhələdə Azərbaycanın kişi və qadın yığmaları ilə yanaşı, Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda, İran (kişilər), Çili, Latviya, Çin Taypeyi, Braziliya və Misir (qadınlar) kollektivləri mübarizə aparacaqlar.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında ən yaxşı 3 yığma Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq. Oyunlar mayın 24-25-də keçiriləcək.


14404 oxunub

InvestAZ