XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026



Savatçılarımız beynəlxalq turnirdə 11 medal qazandılar
İdman 15:41 / 27.01.2025

Azərbaycan idmançıları Macarıstanın Budapeşt şəhərində savat assault və savat kombat idman növü üzrə ənənəvi "Budapest Open” turnirində yüksək nəticələr əldə edib.

Azərbaycan Savat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 15-dən çox ölkədən 350-yə yaxın idmançının iştirak etdiyi yarışda kadetlər, yeniyetmələr, gənclər və böyüklərdən ibarət milli komandanın 11 idmançısı qüvvəsini sınayıb.

Kadet yaş qrupu üzrə yarışda Mehman Rəsul (30 kiloqram) və Məhəmməd Rəsul (35 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniyetmələrin mübarizəsində Yusif Xəlilzadə (45 kiloqram) qızıl, Ömər Namazov (45 kiloqram), Məhərrəm Əliyev (55 kiloqram) gümüş, Rafael Məmmədov (50 kiloqram) bürünc medal qazanıb.

Gənclərdə Uğur Quluyev (48 kiloqram) qızıl, böyüklərdə Bəyrək Bağırov (85 kiloqram), Sənan Babazadə (85+ kiloqram), Hikmət Xəlilov (95+ kiloqram) bürünc mükafata yiyələnib.

Sonda isə böyüklər arasında Tural Baloğlanov (65 kiloqram) savat kombat idman növü üzrə kubok döyüşünün qalibi olub.


15187 oxunub

InvestAZ