XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Stolüstü tennisçilərimiz ilin ilk yarışına Qətərdə start verəcəklər
İdman 19:50 / 26.01.2025

Azərbaycanın stolüstü tennisçiləri ilin ilk beynəlxalq yarışlarında iştirak edəcəklər.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət komanda bu məqsədlə Qətərə yola düşüb.

İdmançılarımız baş məşqşi Mixail Timofeyev və məşqçilər Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə dünya reytinq turnirlərində mübarizə aparacaqlar. Seçmə komanda yanvarın 27-dən 30-dək "WTT Youth Contender Doha 2025” turnirinə qatılacaq. Yanvarın 31-dən fevralın 2-dək isə stolüstü tennisçiləri "WTT Youth Star Contender Doha 2025” yarışı gözləyir.



4989 oxunub

InvestAZ