XƏBƏR LENTİ
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Milli Olimpiya Komitəsində görüş keçirilib
İdman 15:44 / 13.01.2025

Yanvarın 13-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında İngiltərənin Hertfordshire Universitetinin professoru Mayk Kallan, qlobal tərəfdaşlıq və xaricdə təhsil üzrə direktoru Con Drayverllə görüş olub.

Görüşdə Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin müdiriMehman Kərimov, həmin idarənin əməkdaşları Ceyhun Rəhmanov, Günay Əsgərova, eləcə də Azərbaycan Cüdo Federasiyasının Təhsil Şöbəsinin meneceri Orxan Oruczadə iştirak edib.

Görüş zamanı Azərbaycan Cüdo Federasiyası və Milli Olimpiya Komitəsi arasında Olimpiya təhsili və təhlükəsiz idman sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Həmçinin idmançıların performans analizinin təkmilləşdirilməsi üçün süni intellekt texnologiyalarının tətbiq imkanları və bu istiqamətdə gələcək addımlar nəzərdən keçirilib.

Tərəflər həmçinin Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində mövcud prioritetləri müzakirə edərək, innovativ yanaşmaların və təhsil təşəbbüslərinin idmançıların inkişafında əhəmiyyətini vurğulayıblar.

Sonda xatirə şəkili çəkdirilib.


7451 oxunub

InvestAZ