XƏBƏR LENTİ
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



Ölkə birinciliyində ilk yarış gününün qalibləri müəyyənləşdi - FOTO
İdman 00:21 / 10.01.2025

Yanvarın 9-da cüdo üzrə qızlar və oğlanlar arasında U-18 yeniyetmələrin ölkə birinciliyinə start verilib.Hövsan qəsəbəsində yerləşənFövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ilk günündə 5 çəki dərəcəsində 191 cüdoçu medallar uğrunda mübarizə aparıb.Yarışın ilk günündə oğlanlar arasında -60 kqvə -81 kqçəki dərəcələrində, qızlar arasında isə -40 kq, -48 kqvə -63 kqçəki dərəcələrində qaliblər müəyyənləşib. oğlanlar arasındaZeyd Ələsgərov (-60 kq, "Judo Club 2012") vəAmin Mehdiyev (-81 kq, Bakı şəhəri 13 nömrəli İOEUGİM) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Qızların mübarizəsində isəMədinə Hüseynova (-40 kq, "Saray" İK),Leyla Ələkbərova (-48 kq, "Çempion 74"),Fidan Cəlilli (-63 kq, Respublika Kompleks İdman Məktəbi) qızıl medala layiq görülüb.

Yanvarın 10-11 birincilikdə fərdi, turnirin son günündə isə qızlar və oğlanlar arasında komanda yarışları keçiriləcək.


17187 oxunub

InvestAZ