XƏBƏR LENTİ
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026



"Milan" tarixində 8-ci dəfə İtaliya Superkubokunun qalibi oldu - FOTO
İdman 08:39 / 07.01.2025

Futbol üzrə İtaliya Superkubokunun qalibi müəyyənləşib. Həlledici oyunda "İnter” və "Milan” komandaları qarşılaşıb. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən oyun "Milan”ın minimal hesablı qələbəsi ilə başa çatıb -3:2. Oyunda hesabı 45+1-ci dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines açıb. Matçın ikinci hissənin əvvəlində, 48-ci dəqiqədə Mehdi Taremi "İnter”in hesabdakı üstünlüyünü iki topa çatdırıb. Lakin İnzaginin komandası qələbə hesabını sona qədər qoruya bilməyib. Matçın 52-ci dəqiqəsində Teo Hernandes, 80-ci dəqiqədə isə Kristian Pulişiç fərqlənərək hesabı bərabərləşdirib. Oyunun 90+3-cü dəqiqəsində "Milan”ın hücumçusu Temmi Abraham komandasına qələbə qzazandıran qolu vurub. "Rossonerilər” bu qələbə sayəsində tarixində 8-ci dəfə İtaliya Superkubokunun qalibi olub.


16363 oxunub

InvestAZ