XƏBƏR LENTİ
24 Aprel 2025
23 Aprel 2025
22 Aprel 2025



Atıcılarımız Qran-pridə iştirak edəcəklər
İdman 17:44 / 06.01.2025

Sloveniyanın Ruş şəhərində keçiriləcək güllə atıcılığı üzrə ISSF Qran-pri yarışlarında Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib. Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, komandamız yarışda 6 idmançı ilə təmsil olunacaq. Yarışda Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Üzeyir Tapdıqlı, Xanna Əliyeva və Vladislav Kalmıkov iştirak edəcək. Çempionat 10 metr məsafədən pnevmatik tapança və tüfəngdən atəş açma kateqoriyaları üzrə keçiriləcək.

Qeyd edək ki, Qran-pri yanvarın 7-12-si aralığında keçiriləcək. 



5217 oxunub

InvestAZ