XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya mükafatçımız dünya reytinqində ikincidir
İdman 11:22 / 06.01.2025

Dünya Taekvondosunun 2025-ci ilin yanvar ayı üçün yeni reytinq siyahısı açıqlanıb. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun dünya reytinqindəki mövqeyi dəyişməyib.

Avropa çempionumuz dünya reytinqində ikinci pillədə qərarlaşıb. Q.Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon birincidir.

Qeyd edək ki, Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.


16636 oxunub

InvestAZ