XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Çövkən üzrə “Super Kubok”un qalibi müəyyənləşdi
İdman 18:01 / 05.01.2025

Çövkən üzrə "Super Kubok”un qalibi müəyyənləşdi

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən üzrə "Super Kubok”un final oyunu keçirilib.

Azərbaycan Atçılıq Fedreasiyasının (ARAF) mətbuat xidmətindənverilən məlumata görə, tədbirdə rəsmi qonaqlar, idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan yarış bağlanış mərasimi ilə davam edib.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər müxtəlif musiqi və rəqs nümunələri ilə çıxış ediblər.

"Super Kubok” uğrunda qarşılaşmada Peşəkar Çövkən Liqasının qalibi "Sərhədçi” komandası ilə Çövkən üzrə "Prezident Kuboku”nun qalibi "Elit” komandası mübarizə aparıb. Gərgin və dinamik oyunun sonunda "Sərhədçi” komandası 1-0 hesabı ilə qalib gələrək "Super Kubok”un sahibi olub.

Qalib komandaya "Super Kubok”u Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Gənclər və İdman naziri Fərid Qayıbov təqdim ediblər.


15839 oxunub

InvestAZ