XƏBƏR LENTİ
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Federasiya rəsmiləri güləş məktəbinin fəaliyyəti ilə tanış olublar
İdman 18:16 / 04.01.2025

Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri 4-cü mikrorayonda yerləşən güləş məktəbinin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, federasiyanın regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və sərbəst güləş üzrə U-20 millisinin məşqçisi Nazim Əlicanov AGF-in 2024-cü ildən inventar və maddi dəstək verdiyi güləş məktəbində olublar.

Sərbəst güləş üzrə məşqlərin keçirildiyi bu zalda yeniyetmələr arasında Avropa çempionu və dünya üçüncüsü Elman Ağayev, U-15 Avropa çempionatının mükafatçıları Fərhad Süleymanlı və Nihad Süleymanlı yetişib.

Məşqçilər Əlisa Abbasov və Elxan İskəndərovun rəhbərliyi altında həftənin 6 günü burada ödənişsiz məşqlər keçirilir. Hazırda sözügedən məktəbdə 60-dan çox yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.



17478 oxunub

InvestAZ