XƏBƏR LENTİ
01 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Azərbaycan çempionatının qalibləri müəyyənləşib
İdman 11:24 / 08.10.2024

Respublika Şahmat Mərkəzində təşkil edilən şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən verilən məlumata görə, kişilərin yarışında rapid və blits turnirinin yekunlarına əsasən 14 xal toplayan Eltac Səfərli çempion olub.

Çempiondan yarım xal az toplayan Vüqar Rəsulov ikinci, Məhəmməd Muradlı isə üçüncü yeri tutub.

Qadın şahmatçıların yarışında 12,5 xal toplayan Azərbaycan millisinin üzvü Gülnar Məmmədova qızıl medala yiyələnib. Eyni xala malik Zeynəb Məmmədyarova əlavə göstəricilərə görə ikinci olub. Milli üzvü Xanım Balacayeva 12 xalla bürünc medal qazanıb.

Azərbaycan çempionatının bağlanış mərasimində qalib və mükafatçılara medal və diplomları AŞF-nin prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, həmçinin AŞF-nin vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu 8000 manat təşkil edib. Qalib və mükafatçılar dünya çempionatında iştirak hüququ əldə ediblər. İlk 3 yeri tutan şahmatçılar ABŞ-nin Nyu-York şəhərində təşkil olunacaq mundiala ezam olunacaqlar.


16740 oxunub

InvestAZ