XƏBƏR LENTİ
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025



Məşqçi-müəllimlər üçün onlayn seminarlar təşkil ediləcək
İdman 13:16 / 07.10.2024

Azərbaycan Şahmat Federasiyasının (AŞF) Məşqçilər Komissiyasının təşkilatçılığı ilə məşqçi-müəllimlər üçün onlayn seminarlar keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, seminarlar həftədə 2 dəfə olmaqla 3 səviyyə üzrə 7 fərqli qrupda baş tutacaq.

Seminarlara qatılmaq üçün 40-dan artıq rayon və şəhərdən 342 məşqçi-müəllim qeydiyyatdan keçib.

Onlayn seminarlar oktyabrın 7-dən etibarən start götürəcək və 3 ay müddətində davam etdirilməsi planlaşdırılıb.

Qeyd edək ki, AŞF-nin Məşqçilər Komissiyası məşqçilərin qruplar üzrə bölgüsünü iyunda təşkil olunan 2 onlayn sınaq imtahanlarının baza nəticələrini nəzərə almaqla təşkil edib.


11204 oxunub

InvestAZ