XƏBƏR LENTİ
23 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Beynəlxalq turnirdə bürünc medal
İdman 12:09 / 07.10.2024

Azərbaycan badmintonçuları Uqandanın paytaxtı Kampalada keçirilən "International" seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıblar.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, "Uganda International Series 2024" turnirində yarımfinala kimi irəliləyən Era Maftuha yarışı üçüncü sırada başa vurub.

O, Uqanda, BƏƏ və Maldivi təmsil edən rəqiblərini məğlub edərək qadınların şəxsi yarışında bürünc medal qazanıb. Badmintonçu finalın bir addımlığında turnirin qalibi olan Malayziya təmsilçisi Loh Zhi Veiyə 3 setin yekununda məğlub olub.

Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov ilə Diki Panqestu Malta, Şotlandiya və İtaliyanı təmsil edən badmintonçuları mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən cütlük bu mərhələdə hindistanlı rəqiblərinə hər iki setdə uduzub.



18735 oxunub

InvestAZ