XƏBƏR LENTİ
11 Sentyabr 2024
10 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024



Bakı Şəhər Halqası Əməliyyat Şirkəti media nümayəndələrinin akkreditasiyası ilə bağlı seminar keçirib 
İdman 14:47 / 03.09.2024

Sentyabrın 3-də Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün mediada yüksək səviyyədə işıqlandırılmasını təmin etmək məqsədilə yerli KİV nümayəndələri üçün akkreditasiya ilə bağlı seminar təşkil edib. Seminar zamanı jurnalist və fotoqraflara akkreditasiya prosesi, media mərkəzinin fəaliyyəti və onların yarış zamanı əməl etməli olduqları qaydalar barədə geniş məlumat verilib.

Tədbirdə media nümayəndələrinə Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 barədə ümumi məlumat, yarış təqvimi, komandaların heyətləri və bu möhtəşəm tədbirin əsas məqamları təqdim edilib.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənən akkreditasiya prosesi media nümayəndələrinin işinin beynəlxalq standartlara uyğun təşkil edilməsinə yönəlib və yarış zamanı onların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb. Hər il olduğu kimi bu il də akkreditasiyaya qeydiyyat prosesi elektron portal üzərindən həyata keçirilib.

Seminarda həmçinin, media nümayəndələrinin yarış boyu iş qrafiki, media mərkəzindəki qaydalar və onlara təqdim olunan texniki imkanlar ətraflı şəkildə müzakirə edilib.

Qeyd edək ki, ötən ilki Azərbaycan Qran Prisini 250-dən çox yerli və beynəlxalq media nümayəndəsi işıqlandırıb.

Xatırladaq ki, paytaxt Bakı səkkizinci dəfə sürət yarışına ev sahibliyi edəcək. Bu il Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi sentyabrın 13-15-də təşkil olunacaq. 


1229 oxunub

InvestAZ