XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026



 Taekvondoçularımız "Səmərqənd Open 2024"də 4 medal qazandılar
İdman 13:42 / 14.08.2024

Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən "Səmərqənd Open 2024” turnirində 4 medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 4 idmançı ilə təmsil olunan "Alpman" klubunun üzvlərindən Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) uşaqlar arasında keçirilən yarışda qızıl medala sahib çıxıblar. 

Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) isə pumse üzrə yarışda gümüş medal əldə ediblər.

Qeyd edək ki, "Səmərqənd Open 2024" avqustun 13-də keçirilib.


21517 oxunub

InvestAZ