XƏBƏR LENTİ
30 Yanvar 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Siyana Vasileva: “Qarşıdakı yarışlarda daha yaxşı nəticə qazanmaq üçün çalışacağıq”
İdman 20:29 / 10.08.2024

"Əsas məqsədimiz Azərbaycanı layiqincə təmsil etmək idi. Buna da nail olduq".

Bu sözləri Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının baş məşqçisi Siyana Vasileva jurnalistlərə açıqlamasında deyib.

Tarixi nəticəyə imza atdığına görə sevindiyini deyən gənc mütəxəsssis komandanın Paris-2024-dəki çıxışından razı qaldığını bildirib:

"Olimpiya Oyunlarına Azərbaycanı layiqincə təmsil etmək məqsədi ilə yollanmışdıq. Bunun üçün çox çalışdıq. Təsnifat mərhələsindəki çıxışlarda bəzi qeyri-dəqiqliklər oldu. Lakin finala yüksəlməyi bacardıq. Qızları daim qələbəyə ruhlandırırdım. Bu, qrup hərəkətləri komandamızın olimpiadalarda ən yaxşı nəticəsidir. Nəticələrə baxsaq görərik ki, işimizi düzgün istiqamətdə qurmuşuq. Fikrimcə, bu, ən vacib olan nüansdır. Paris-2024-də də beşinci yeri tutmağımız gərgin əməyin nəticəsidir. Qızların çıxışından razı qaldım. Qarşıdakı yarışlarda daha yaxşı nəticə qazanmaq üçün çalışacağıq. Əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə hesab olunur. Buna qədər isə komandamız Pekin-2008-də 7-ci, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə 10-cu olmuşdu.



18067 oxunub

InvestAZ