XƏBƏR LENTİ
02 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



Paris-2024: Hacı Əliyev 1/4 finalda məğlub oldu
İdman 15:13 / 10.08.2024

Sərbəst güləş üzrə yığma komandamızın üzvü, üçqat dünya, dördqat Avropa və ikiqat Olimpiya mükafatçımız Hacı Əliyev Paris-2024-də 1/4 final görüşünə çıxıb. 65 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın bu mərhələdəki rəqibi dünya və Avropa çempionu İsmail Musukayev (Macarıstan) olub. Görüş rəqib idmançının 10:3 hesbalı qələbəsi ilə başa çatıb. Macarıstanlı güləşçi finala vəsiqə qazanacağı təqdirdə pəhləvanımız sabah bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, Hacı əliyev 1/8 finalda meksikalı Ostin Qomesə qalib gəlib.


19753 oxunub

InvestAZ