XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Britaniyalı idmançılar Olimpiya kəndindən kənarda qidalanırlar
İdman 10:26 / 10.08.2024

Böyük Britaniya idmançıları Paris-2024 Yay Olimpiya Oyunları zamanı Olimpiya kəndindən 15 dəqiqəlik məsafədə yerləşən şəxsi yeməkxanalarında qidalanırlar.

"Yeməklərin dəhşətli dərəcədə keyfiyyətsiz olduğunu söyləməklə başlamalıyam. Qızarmış hind toyuğu tamamilə çiy olur. Ev sahiblərinin verdikləri yeməklər tükənmək üzrədir. Zaman keçdikcə yeməyə heç nələri qalmayacaq”, - deyə otüstü hokkeyçi Jizel Ansli deyib.

Üzgüçü Adam Piti, Paris-2024-ün qaçış üzrə Olimpiya çempionu Kili Hodqkinson, güllə atıcısı Skott Linkoln və Britaniya nümayəndə heyətinin digər nümayəndələri də Olimpiya kəndində qidaların keyfiyyəti ilə bağlı tənqidi fikirlər səsləndiriblər.

Daha əvvəl üzgüçülük üzrə üçqat Olimpiya çempionu Adam Piti bəzi idmançıların balıq ətində qurd tapdığını bildirmişdi.


19366 oxunub

InvestAZ