XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Paris-2024-də daha bir gün idmançılarımız üçün arxada qaldı
İdman 00:40 / 01.08.2024

Paris-2024 Yay Olimpiya Oyunlarında daha bir yarış gününə yekun vuruldu.

Azərbaycan komandasının idmançıları iyulun 31-də 5 idman növü üzrə keçirilən yarışda mübarizə apardı.

Mübarizəyə əvvəlcə akademik avarçəkənimiz start verdi. Komandamızın üzvü Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizə apardı. Diana Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü yeri tutdu. Məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazandı.

Cüdo yarışlarında ölkəmizi təmsil edən Elcan Hacıyev (-90 kq) 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlsə də növbəti mərhələdə fransalı cüdoçu Nqayap Hambu məğlub olaraq mübarizəni dayandırıb.

Triatlon yarışlarında isə Rostislav Pevtsov mübarizəyə başlayıb. İdmançımız ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət etməklə 43-cü olub.

Badmintonçumuz Edi Reski Dviçayo isə E qrupunda ikinci görüşünə çıxıb. Təmsilçimiz danimarkalı Anders Antonsenə 0:2 (12:21, 14:21) hesabı ilə məölub olaraq Paris-2024-lə vidalaşıb.

Günün sonunda isə qadınlardan ibarət 3x3 basketbol millimiz meydana çıxıb. Olimpiadalar tarixində ölkəmizi ilk dəfə komanda yarışlarında təmsil edən yığmamız ikinci matçında ABŞ basketbolçuları ilə üz-üzə gəlib. Görüşdə 20:17 hesabı ilə qalib gələn komandamız tarixi qələbəyə imza atıb. Seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq. Hər iki oyun bu gün təşkil olunacaq.

Bebəliklə, hazırda Azərbaycan Olimpiya komandasının aktivində 1 qızıl medal var. Komandamıza yeganə medalı cüdo yarışlarının üçüncü günündə Hidayət Heydərov (-73 kq) qazandırıb.


20361 oxunub

InvestAZ