XƏBƏR LENTİ
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Azərbaycan idmançıları bu gün Paris-2024-də 5 idman növündə mübarizə aparacaq  
İdman 10:08 / 31.07.2024

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan millisi 5 idman növündə yarışda təmsil olunacaq. Komandamız cüdo, akademik avarçəkmə, triatlon, badminton və qadın basketbolçuların 3x3 növündə mübarizə aparacaq. Komanda yarışları ilə yanaşı, fərdi mübarizələrdə 4 idmançımız gücünü sınayacaq.

Yarışa ilk olaraq cüdoçumuz Elcan Hacıyev başlayacaq. Mübarizəəyə 1/16 finaldan başlayacaq idmançımızın ilk rəqibi türkiyəli Mixael Zqanq olacaq. Cüdo yarışlarına Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

Bakı vaxtı ilə saat 12:25-də isə akademik avarçəkənimiz Diana Dımçemko mübarizəyə başlayacaq. 2000 m məsafəyə yarışda qüvvəsini sınayan idmançımız C/D yarımfinalında 6-12-ci yerlər uğrunda yarışacaq.

İlk görüşdə avstriyalı Kollins Filimona qalib gələn badmintonçumuz Edi Reski Dviçayo E qrupunda ikinci oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşdə idmançımızın rəqibi danimarkalı Anders Antons olacaq.

Bu gün həmçinin triatlonçumuz Rostislav Pevtsov da Parisdə mübarizəyə başlayacaq. Triatlon yarışlarına Bakı vaxtı ilə saat 12:45-də start veriləcək.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə Bakı vaxtı ilə 23:30-da olimpiadadakı ikinci oyununa çıxacaq. Millimiz ABŞ yığması ilə üz-üzə gələcək. Komandamız ötən gün qrupdakı ilk matçında İspaniya kollektivinə məğlub olmuşdu.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq. Komandamızın aktivində hazırda 1 qızıl medal var. Yeganə medalı komandamıza cüoçu Hidayət Heydərov (-73 kq) qazandırıb.

31 iyul

12:00. Cüdo, kişilər, 90 kq
1/16 final
Elcan Hacıyev – Mihael Zqanq (Türkiyə)

12:25. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m
C/D yarımfinalı
Diana Dımçenko

12:45. Triatlon, kişilər
Rostislav Pevtsov

18:30. Badminton, kişilər, fərdi
Qrup mərhələsi
Anders Antonsen (Danimarka) - Edi Reski Dviçayo

23:30. Basketbol 3x3, qadınlar
ABŞ – Azərbaycan



11964 oxunub

InvestAZ