XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



“Azərbaycan Olimpiya Evi”ndə idmançılarımızla görüş olub
İdman 10:31 / 31.07.2024

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən "Azərbaycan Olimpiya Evi"ndə iyulun 30-da Azərbaycan idmançıları ilə görüş keçirilib.

GörüşdəMilli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidentiRəşad Nəbiyev, Gənclər və idman nazirinininmüavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev, Azərbaycanın UNESCO-dakı səfiri Elman Abdullayev, Olimpiya və dünya çempionları eləcə də, olimpiadada ölkəmizi təmsil edən idmançılar, onların məşqçiləri, media nümayəndələri, müxtəlif ölkələrin rəsmi nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirin bədii hissəsi müğənni Mardan Bandın ifasında musiqi nömrələri ilə davam edib.

Qonaqlar həmçinin "Azərbaycan Olimpiya Evi"ndə quraşdırılmış monitorda Olimpiadanın 3x3 basketbol yarışları çərçivəsində keçirilənAzərbaycan - İspaniya oyununu birlikdə izləyiblər.



19505 oxunub

InvestAZ