XƏBƏR LENTİ
25 İyul 2024
24 İyul 2024
23 İyul 2024



Rusiya güləşçiləri Paris-2024-dən imtina etdilər
İdman 22:05 / 07.07.2024

Beynəlxalq Olimpiya Komitəsindən (BOK) dəvət alan Rusiya güləşçiləri Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarda iştirakdan imtina ediblər.

Bu barədə Rusiya İdman Güləşi Federasiyasından (RİGF) məlumat verilib.

Məlumata görə, RİGF-in mətbuat xidmətinin təşkilatın açıqlamasını dərc etdiyi sənəddə Rusiya idmançılarının Paris Olimpiadasında iştirak etməkdən imtina edildiyi təsdiq edilir.

Qərar təşkilatın İcraiyyə Komitəsi, komandaların məşqçilər korpusu və BOK-dan fərdi dəvət almış idmançılar tərəfindən qəbul edilib. Rusiya İdman Güləşi Federasiyasının İcraiyyə Komitəsi sərbəst, yunan-Roma və qadın güləşi üzrə Rusiya milli komandalarının məşqçilər heyəti və Olimpiya Oyunlarına dəvət almış idmançılarla geniş tərkibdə görüş keçirib.

Beynəlxalq Olimpiya Komitəsi 16 lisenziya qazanmasına baxmayaraq, 10 rus güləşçisini Olimpiadaya dəvət edib.

Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Rusiya və Belarus idmançılarına münasibətdə məhdudiyyətlər hələ qüvvədədir. Paris Olimpiadasnda onlar yalnız neytral statusda çıxış edə biləcək, onlara öz ölkələri ilə hər hansı əlaqə nümayiş etdirmək və komanda yarışlarında iştirak etmək qadağan olunacaq. Rusiya səlahiyyətliləri BOK-un müvafiq qərarını ayrı-seçkilik və Olimpiya prinsiplərinə zidd hesab edir.


2817 oxunub

InvestAZ