XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



Dünya və Avropa çempionatlarının mükafatçısı "ustad dərsi" keçib
İdman 10:57 / 27.06.2024

Gənclər və İdman Nazirliyinin 2024-cü il üçün seçdiyi "İdman səfirləri” mütəmadi olaraq ölkəmizin regionlarında idmanın kütləviliyi və təbliği üçün müxtəlif tədbirlərdə fəal iştirak edirlər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,"İdman səfiri", dünya və Avropa çempionatlarının mükafatçısı, cüdoçu Orxan Səfərovun iştirakı ilə Sabirabad rayonunda cüdo üzrə "ustad dərsi" keçirilib.

O.Səfərov dərslərdə uşaqlara və gənclərə müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsi haqqında məlumat verib, əməl etməli olduqları qaydalar barədə təcrübələrini bölüşüb.


19576 oxunub

InvestAZ