XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Qitə çempionatında uğurlu nəticə
İdman 13:40 / 27.05.2024

Azərbaycan sumoçuları Yunanıstanın Lutraki şəhərində keçirilən U-21, U-23 və böyüklər arasında Avropa çempionatında 11 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, U-21 yaş kateqoriyasında Abdullah Şərif (85 kq) qızıl, Cavidan Nəhmətov (77 kq) və Fərid Əhmədov (92 kq) bürünc medala sahib olublar.

U-23 yaş kateqoriyası üzrə Abdullah Şərif (85 kq) gümüş, Xasay Yusif (115 kq və mütləq çəki) 2 bürünc medala layiq görülüb. Digər idmançılarımızdan Cavidan Nəhmətov (77 kq) və Məhəmməd Əliyev (70 kq) bürünc medal əldə edib.

Böyüklər arasında isə Çingiz Səmədov (100 kq) gümüş, Abdullah Şərif (85 kq) və Rəsul Məmmədzadə (77 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, bu nəticə ilə böyüklərdən ibarət yığma komanda hesabında üçüncü olub.



13814 oxunub

InvestAZ