XƏBƏR LENTİ
02 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının təqdimatı olub
İdman 20:12 / 21.05.2024

2025-ci ildə Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov və Dünya Minifutbol Federasiyasının (DMF) prezidenti Filip Juda iştirak edib.

Tədbirdə 2023-cü ilin noyabr ayında Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin videoçarxı nümayiş olunub.

Gənclər və İdman naziri Fərid Qayıbov son illərdə ölkəmizdə müxtəlif idman növləri üzrə beynəlxalq yarışların keçirildiyini xatırladıb.

Daha sonra Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov 2025-ci ildə dünya çempionatının Bakıda keçiriməsi ilə bağlı danışıb.

Ardınca söz Dünya Minifutbol Federasiyasının prezidenti Filip Judaya verilib.
Çıxışlardan sonra isə Orxan Məmmədovla Filip Juda arasında anlaşma memorandumu imzalanıb. Judaya minifutbol üzrə Azərbaycan yığmasının forması təqdim olunub.


18058 oxunub

InvestAZ