XƏBƏR LENTİ
25 İyun 2024
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz Avropa çempionu oldu
İdman 14:25 / 19.05.2024

Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına keçirilib. Yarışda iştirak edən Azərbaycan komandası güləşin hər üç növündə təmsil olunub.

Mübarizəyə ilk olaraq sərbəst güləşçilərimiz başlayıblar. Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında qitə birinciliyinə tam heyətlə yollanan sərbəst güləş millimiz uğurlu çıxışla yadda qalıb. Komandamız 1 qızıl, 3 gümüş və 4 bürünc medala sahib çıxıb. İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) ikinci, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) üçüncü yerlə kifayətlənib.

Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu adına sahib çıxıb. Beləliklə, sərbəst güləş üzrə millimiz U-15 Avropa çempionatları tarixində ilk dəfə olaraq komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü olub.

Qızlardan ibarət millimiz isə sərbəst güləşçilərimizdən fərqli olaraq mükafatçılar sırasına düşə bilməyiblər. Təmsilçilərimizdən Məryəm Hacıyeva (36 kq), Nəzrin Əhmədli (42 kq) və Fatimə Bayramova (54 kq) bürünc medal uğrunda qarşılaşmalarda məğlub olaraq beşinci yerlə kifayətləniblər.

Yarışın son günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib. Millimiz böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Sənan Əlimirzəyevin rəhbərliyi altında uğurlu çıxış edib.

Yığmamız qitə birinciliyində 10 (1 qızıl, 4 gümüş, 5 bürünc) medal qazanıb. Qurban Məcnunov (41 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Xudayar Kərimov (38 kq), Abdulrəhman Hüseynli (41 kq), Amin Əsgərli (48 kq) və Məhəmməd Orucov (85 kq) ikinci, Ümüd Babayev (38 kq), Hüseyn Vəlizadə (57 kq), Əli Məmmədov (68 kq), Zöhrab Səfərov (75 kq) və Rauf Mütəllimov (85 kq) isə üçüncü yeri tutub.

Yekunda 156 xal toplayan millimiz 158 xalla komanda hesabında Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ukraynanı 65 xal qabaqlayıb. Ermənistan (92) isə üçüncü olub. Millimiz 2 il əvvəl Xorvatiyada keçirilən analoji yarışda da çempion olmuşdu.

Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə bir yarışda 2 komandamız (sərbəst və yunan-Roma) çempion olub.


1748 oxunub

InvestAZ