XƏBƏR LENTİ
24 Noyabr 2025
23 Noyabr 2025
21 Noyabr 2025
20 Noyabr 2025
19 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
16 Noyabr 2025



"Yuventus" finalda rəqibini gözləyir
İdman 01:30 / 24.04.2024

Futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Həlledici oyuna vəsiqə uğrunda görüşdə "Latsio” komandası "Yuventus”la qarşılaşıb. Romada təşkil olunan oyun "Latsio”nun minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:1. Oyunda hesabı 12-ci dəqiqədə "Latsio”nun futbolçusu Valentin Kastelanos açıb. O, növbəti dəfə matçın 49-cu dəqiqəsində fərqlənərək hesabdakı üstünlüyü iki topa çatdırb. Lakin "Latsio”nun bundan artığına gücü çatmayıb. Belə ki, qarşılaşmanın 83-cü dəqiqəsində "qoca sinyora” buaxılan toplardan birinin əvəzini çıxıb. Arkadius Milk dəqiq zərbə ilə fərqlənib. Beləliklə, "Latsio” oyunda 2:1 hesablı qələbə qazanmasına baxmayaraq, növbəti mərhələyə Turin təmsilçisi yüksəlib. Buna səbəb Turindəki oyunda "Yuventus”un 2:0 hesablı qələbə qazanması olub.

İtaliya kubokunda ikinci finalçının adına bu gün keçiriləcək "Atalanta” - "Fiorentina” oyunundan sonra aydınlıq gələcək.



21188 oxunub

InvestAZ