XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025



Konfrans Liqası: "Fənərbağça" mübarizəni dayandırdı
İdman 08:57 / 19.04.2024

Futbol üzrə UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Təşkil olunan oyunlardan sonra yarımfinala vəsiqə qazanan  komanda müəyyənləşib. 

Gəcənin maraqla gözlənilən oyunlarından biri Türkiyədə təşkil olunub. Yunanıstanda keçirilən ilk görüşdə "Olimpiakos"a 2:3 hesabı ilə uduzan "Fənərbağça" doğma meydanda rəqibindən əsas və əlavə vaxtda 1:0 üstün olub. Qalib penaltilər seriyasında müəyyənləşib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən (2:3) "Olimpiakos"yarımfinala yüksəlib. 

Yunanıstan təmsilçisi növbəti mərhələdə İngiltərənin "Aston Villa" komandası ilə qarşılaşacaq.

İngiltərə klubu bu hüquqa Fransanın "Lil" komandasını penaltilər seriasında məğlub etməklə yiyələnib.  

Yarımfinalın digər iştirakçısı Belçika təmsilçisi "Brügge" ilə Yunanıstan PAOK-u arasında qarşılaşmada məlum olub. "Brügge" birinci görüşdə 1:0 hesabı ilə məğlub etdiyi PAOK-a cavab matçında da qalib gələrək (2:0) yarımfinala vəsiqə qazanıb.

"Brügge" növbəti mərhələdə İtaliya təmsilçisi "Fiorentina" ilə qarşılaşacaq. Qeyd edək ki, İtaliya təmsilçisi Çexiyanın "Viktoriya Plzen" klubuna qalib gələrək (2:0) mərhələ adlayıb. 



16127 oxunub

InvestAZ