XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Gənc cüdoçulardan ibarət millimiz Avropa kubokunda iştirak edəcək
İdman 09:51 / 19.04.2024
Mayın 20-21-də İtaliyanın Liqnano şəhərində cüdo üzrə Avropa Kuboku turniri keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 29 ölkədən 496 cudoçunun iştirak edəcəyi yarışda Azərbayca idmançıları da qüvvələrini sınayacaqlar. Yığmamız birincilikdə oğlanlar arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Nizami İmranov, Nurlan Kərimli, Babarəhim Mirzəyev (hamısı 60 kq), Zahir Ağazadə, Məhəmməd Musayev, Eltac Yusifli (hamısı 66 kq), Süleyman Şükürov, Mamed Əzizbekov, Məmmədrza Hacızadə, Qadir Hüseynov (hamısı 81 kq), İsmayıl Zamanov (90 kq), Əjdər Bağırovla Nihad Şıxəlizadə (hər ikisi 100 kq) və Ramazan Əhmədov (+100 kq) fəxri kürsüyə qalxmağa çalışacaq.
Qeyd edək ki, komandamıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

20056 oxunub

InvestAZ