XƏBƏR LENTİ
22 Noyabr 2025
21 Noyabr 2025
20 Noyabr 2025
19 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
16 Noyabr 2025



Bernardo Silva: "Biz bu turnirin kralları ilə oynayırıq"
İdman 21:12 / 17.04.2024

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva "Real"la Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransına çıxıb. İspaniyada keçirilən ilk oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb. "Ötənilki 4:0 hesablı qələbəni unutmalıyıq. Düşünürəm ki, "Real” bu mövsüm daha güclüdür. Bu Bernabeudakı ilk oyunda hiss olunurdu. Biz bu turnirin kralları ilə oynayırıq. Modriç və Kroos kimi futbolçular mənim üçün nümunədir. Onların 15 il ərzində nümayiş etdirdikləri sabitliyə və bütün nailiyyətlərinə baxmayaraq, bu yarışa həmişə eyni cür yanaşırlar.

«Real»a böyük hörmətimiz var. Onlar tamamilə fərqli oynadıqları üçün çox təhlükəlidirlər. Nəzarətin səndə olduğunu hiss edirsən, sonra onlar bir neçə dəqiqə ərzində iki qol vururlar. «Real» dünyanın ən yaxşı klubudur. Biz evdə öz qabiliyyətlərimizə arxayınıq, ehtiyatı əldən verməməliyik”, - UEFA-nın rəsmi saytı portuqaliyalı futbolçunun sözlərindən sitat gətirib.


18514 oxunub

InvestAZ