XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan çempionatı: Məhəmməd Muradlı liderliyi ələ keçirdi 
İdman 10:54 / 15.04.2024

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında IV turun partiyaları keçirilib. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turun açılışında iştirak edən federasiyanın prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov növbəti illərdə milli komandanın bütün üzvlərinin çempionatda iştirakına çalışacaqlarını bildirib.

IV turda əsas mübarizə Məhəmməd Muradlıyla Aydın Süleymanlı arasında olub. Partiya M.Muradlının qələbəsi ilə başa çatıb. Misrətdin İsgəndərov Xəzər Babazadə ilə mübarizədən qalib ayrılıb.

Hesabat turunda Süleyman Süleymanlı Read Səmədova, Rüstəm Rüstəmov Vüqar Manafova, Xaqan Əhməd isə Toğrul Həsənzadəyə uduzub. Beş oyun heç-heçə yekunlaşıb.

Dörd turdan sonra Məhəmməd Muradlı 3,5 xalla birinci yerdədir. Hərəyə 3 xalı olan Read Səmədov, Misrətdin İsgəndərov 2-3-cü pillələrdə qərarlaşıblar. Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Vüqar Manafov, Namiq Quliyev, Vüqar Rəsulov 4-8-ci yerləri bölüşürlər.

Reqlamentə əsasən, 9 turdan sonra ilk 4 yerin sahibi ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcək. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcəklər. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olan şahmatçılar isə üçüncü yer uğrunda yarışacaqlar.


1932 oxunub

InvestAZ