XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



3x3 basketbol millimiz bu gün Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək
İdman 10:06 / 13.04.2024

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək.

Yığmamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə Monqolustan və Niderland kollektivləri ilə üz-üzə gələcək.

Qarşılaşmalar müvafiq olaraq 11:55 və 13:45-də başlanacaq.

Millimiz ötən gün B qrupunda Çilini məğlub edib - 17:14.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.


20574 oxunub

InvestAZ