XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



"Sağlam Həyat" günləri çərçivəsində açıq idman tədbiri keçirilib
İdman 14:31 / 12.04.2024

Masallı rayonunun Boradigah İdman zalının qarşısında "Sağlam Həyat” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib.
Kütləvi idman tədbirində futbol, voleybol, atletika və kəndirlə mübarizə idman növləri üzrə nümunəvi çıxışlar və yarışlar təşkil olunub. Qələbə əzmi ilə yarışlara qatılan, gərgin, maraqlı mübarizə şəraitində başa çatan 70 nəfərə yaxın uşaq, yeniyetmə və gəncin iştirak etdiyi yarışlarda
fərqlənən idmançılara tədbirin təşkilatçısı olan Lənkəran -Astara Regional Gənclər və İdman İdarəsinin sertifikatları təqdim edilib.
Məlumat üçün bildirək ki, tədbirin təşkilində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmana maraq oyatmaq, onların fiziki
aktivliyini artırmaq və sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.



19328 oxunub

InvestAZ