XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Olimpiya Təsnifat turnirinə 33 ölkənin güləşçisi iştirak edəcək
İdman 18:25 / 29.03.2024

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançıları iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iştirakçı sayına görə yunan-Roma güləşi üstünlük təşkil edir. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq.

Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.

"İticket” vasitəsi ilə bilet satışı da sürətlə davam edir. Artıq biletlərin 1/3-i satılıb. Biletləri bu şirkətin satış məntəqələrindən və ya "iticket.az" saytından onlayn qaydada əldə etmək mümkündür.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.


12919 oxunub

InvestAZ