XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Aliyə Paşayeva: “Görünür, bu işimdə də ümidləri doğrulda bilmişəm”
İdman 17:03 / 05.03.2024

"Bildiyiniz kimi, keçən il də "İdman səfiri” olmuşdum. Görünür, bu işimdə də ümidləri doğrulda bilmişəm”.

Bu sözləri Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü ilin "İdman səfiri” seçilən bədii gimnastika üzrə Avropa çempionatlarının gümüş və bürünc medalçısı, bədii gimnastika üzrə milli komandanın məşqçisi, Əməkdar idman ustası Aliyə Paşayeva 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Qubada keçirilən idman paradında jurnalislərə müsahibəsində deyib.

Bu sahədə təcrübəsinin olduğunu deyən Aliyə Paşayeva səfir kimi ona etimad göstərildiyi üçün Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.

"Düşünürəm ki, bu işimi mükəmməl yerinə yetirə biləcəyəm. Ötən il bu işdə həyəcanlı idim. Artıq bu il daha təcrübəli və iddialı olacağam. Çalışacağam ki, öz təcrübəmi gənc idmançılarla bölüşüm, nəticədə yeni istedadlı idmançılar yetişsin”, - deyə Aliyə paşayeva qeyd edib.


13905 oxunub

InvestAZ