XƏBƏR LENTİ
05 Dekabr 2024
04 Dekabr 2024
02 Dekabr 2024
01 Dekabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
26 Noyabr 2024
25 Noyabr 2024
24 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024



Fərid Qayıbov: “İstəyirik ki, paytaxla yanaşı, bölgələrdə də idman inkişaf etsin”
İdman 15:37 / 05.03.2024

"Azərbaycan Prezidenti İlham Əliyev 19 il əvvəl 5 mart tarixinin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin tarixdən etibarən ölkəmizdə məhz bu gün bu idman bayramı kimi böyük təntənə ilə qeyd edilir”.

Bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov bu gün 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Qubada keçirilən idman paradında jurnalislərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq builki idman bayramının 2024-cü ilin "İdman paytaxtı" seçilən Quba şəhərində qeyd edilməsi təsadüfi deyil.

"Gənclər və İdman Nazirliyi olaraq qərara aldıq ki, budəfəki idman tədbirini paytaxtdan kənarda qeyd edək. Elə bu məqsədlə bu gün Quba şəhərinə toplaşmışıq. Hesab edirəm ki, bu gün bizim Qubaya toplaşmağımız təsadüfi deyil. Bildiyiniz kimi Quba bu il ölkəmizin "İdman paytaxtı” seçilib. Burada idmanın inkişafı üçün mümkün infrastruktur formalaşıb. Ölkəmizdə tikilib, istifadəyə verilən Olimpiya İdman kompleksləri arasında Qubadakı bu möhtəşəm kompleks ilklərdən hesab olunur. İdman paytaxtı seçilən gündən ölkədə keçirilən bir sıra mühüm idman tədbirləri burada təşkil olunur”, - deyə Fərid Qayıbov bildirib.

Nazir həmçinin qeyd edib ki, belə bir tədbirlər idmanın kütləviliyinə xidmət edir: "Bu gün dövlətimiz insanların fiziki və mənəvi tərbiyəsi üçün mövcud imkanlarını səfərbər edib. Biz də öz növbəmizdə çalışırıq ki, dövlətin idman siyasətini dəstəkləyək. İstəyirik ki, paytaxla yanaşı, bölgələrdə də idman inkişaf etsin. Bu isə gənc nəslin sağlamlığına, pis vərdişlərdən uzaq olmasına xidmət göstərir. Hesab edirəm ki, bu tezliklə öz bəhrəsini verəcək. Əvvəllər olduğu kimi, yenidən müxtəlif idman növləri üzrə milli komandaların heyətində bölgə idmançıları da əksəriyyət təşkil edəcək”, - deyə Fərid Qayıbov əlavə edib.

Qeyd edək ki, bu gün 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qubada idman paradı təşkil olunub. Paradda Olimpiya, dünya və Avropa çempionları ilə yanaşı, idman ictimaiyyətinin nümayənələri də iştirak ediblər.


9543 oxunub

InvestAZ