XƏBƏR LENTİ
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024
10 Aprel 2024
09 Aprel 2024



Xankəndidə start götürən ultramarafona Bakıda yekun vuruldu
İdman 15:46 / 04.03.2024

"İdman həftəsi” çərçivəsində "Qürurla irəli!” şüarı ilə təşkil edilən Xankəndi-Bakı ultramarafonuna martın 4-də yekun vurulub.

Fevralın 29-da Xankəndidə start götürən marafon iştirakçıları yarışın sonuncu mərhələsində Qobustandan Bakıya 55 km məsafəni qət ediblər. Sonuncu - beşinci mərhələdə Artyom Əliyev finiş xəttini hamıdan birinci keçərək marafonun qalibi olub. O, həmçinin ümumi mərhələnin qalibi adını qazanıb.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarış "İdman həftəsi” və "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilib. Fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalı, digərləri isə Azərbaycan təmsilçiləridir.

Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi-Yevlax (83 km), Yevlax-Ucar (84 km), Ucar-Hacıqabul (88 km), Hacıqabul-Qobustan (70 km) və Qobustan-Bakı (55 km) mərhələlərini keçməklə Bakıya çatıblar.


1454 oxunub

InvestAZ